Kitab tövsiyəmiz: Building Strong Brands

İctimaiyyətlə əlaqələrlə bağlı bir sahə də brendin idarə edilməsidir. Brendin idarə edilməsi dedikdə onu yaratmaqdan başlayaraq, həmin markanın davamlılığı üçün strategiyaların düzgün hazırlanması və icra edilməsidir. David A. Aeker-in qələmə aldığı “Güclü brendlər yaratmaq” (Building Strong Brands) kitabı məhz bir markanın güclü və uğurlu olması üçün keçməli olduğu yolları oxucu ilə bölüşür. Kitabda həmçinin nümunəvi brendlərin uğurlarını, təcrübələrini görmək də mümkündür.