Televiziya aparıcısı hansı xüsusiyyətləri daşımalıdır?

Hazırda kommunikasiyanın sürətliliyinə və əhatə dairəsinin genişliyinə görə İnternet televiziyaya nisbətən inkişaf edib. Lakin unutmaq olmaz ki, televiziyanın təsir gücü hələ də itməyib.

Sahənin davamlı inkişafında köməkçiləri isə əlbəttə ki, onu “ifadə edən” televiziya aparıcılarıdır.

Tanınmış televiziya aparıcılarının hər biri fərqli kimi görünsə də, əslində hamısının sahələrinin yaxşısı olmaq üçün istifadə etdiyi unikal bacarıq metodları mövcuddur.

Bəs, bu bacarıqlar hansılardır?

İlk növbədə nitq bacarıqlarınız yüksək səviyyədə olmalıdır. Dialoq qurarkən səlis və özünə inamlı formada danışmağı bacarmalısınız. Nitqinizi elə qurmalısınız ki, auditoriyanız tərəfindən asanlıqla başa düşüləsiniz.

Hər dəfə biliklərinizə güvənərək efirdən şifahi nitq söyləyə bilməzsiniz. Əksər hallarda efir boyu danışıq mətninizi suflyorlardan oxumalı olacaqsınız. Bu zaman suflyorla peşəkar işləməyi bacarmalı, mətni üzdən oxudunuz hiss edilməməlidir.

Tanınmış aparıcı olduqda sizinlə birgə prodüserlər, mətn yazarları çalışacaqlar. Lakin, peşəyə yeni başladıqda efir mövzunuzla bağlı araşdırmanı özünüz etməli, efirə hazırlanmalısınız.

Sonda ən vacib ünsürlərdən  biri şəxsi üslubunuzun olmalısıdır. Tanınan hər bir aparıcının özünə məxsus xəbər təqdim  etmə forması mövcuddur. Çalışın, aparıcılıq sahəsinə uyğun şəxsi təqdimetmə üslubunuzu tapın. Bu sizi digərlərindən fərqləndirəcək, yaddaqalan olmağınıza kömək edəcək.