Resurslardan düzgün istifadənin faydaları nələrdir?

Layihələrin formasını dəyişdirən, onları daha dolğun və dəqiq edən istifadə olunan resurslardır.

Bir layihə üçün ən yaxşı komanda və istənilən qədər vaxt ayrılsa da, resurslardan düzgün istifadə edilmədikdə layihə uğursuz olacaq.

Resurslar istənilən qurumun məhsuldar olmasını təmin etmək üçün istifadə olunan əsaslardan biridir. Ümumilikdə isə tarazlaşdırılmış, rahat və əlverişli iş həyatını təmin edən vasitədir. İstifadə olunan yanaşma və vasitələrdən asılı olmayaraq, təşkilatlar lazımi tələbləri müəyyən etməli və buna uyğun resurslarının istifadəsini tarazlaşdırmalıdır.

Resursların düzgün bölgüsünü optimallaşdırmaq isə layihə menecerinin vəzifə öhdəliklərinə daxildir.

Resurslardan düzgün istifadə sizə hansı faydaları verir?

  1. İşçilərin iş yükünü azaldır.
  2. Resursların tükənməsinin qarşısını alır.
  3. İnvestisiya gəlirinin daha səmərəli istifadəsini təmin edir.
  4. Layihə idarə olunmasını asanlaşdırır və yarana biləcək səhvlərin sayını minumuma endirir.
  5. Layihə menecerlərinə çevik şəkildə problemin həll yolunu tapmağa imkan yaradır.