Müasir dövrün ən geniş yayılmış problemlərindən biri də diqqət yayınıqlığıdır. Bəziləriniz hətta bu barədə ustalaşıb, lakin gördüyünüz işə daha çox fokuslanmağı bacarsanız, nəticədə daha çox şey əldə edə bilərsiniz. Bu o deməkdir ki, arzuladığınız həyata, işə və bacarıqlara daha tez yiyələnmə qabiliyyətiniz mövcuddur, buna mane olan diqqətinizi cəmləyə bilməməyinizdir.
Biz sizə məhsuldarlığınızı artırmaq üçün bir neçə açar təklif edirik:
1.Bacardığınız qədər telefonunuzdan uzaq durun.
Yuxudan oyandığınız zaman ən az 45 dəqiqə telefonunuza baxmamaqla günə reaktiv deyil, proaktiv başlayacaqsınız. Əgər diqqətinizi bir şeyə cəmləmək lazımdırsa, telefonunuzu başqa otağa qoyub və səssiz rejimi aktivləşdirin.
2. Diqqətinizi yayındıran amilləri aradan qaldırın.
Bir işə başlayarkən ətrafınızdakı insanlara sizi narahat etməmələrini söyləyin. Qapınızı bağlayın, musiqi qoşun və kənarda baş verənlərdən təcrid olunun. Diqqətinizi yayındıran şeylər sadəcə sizə, həmçinin işinizin öhdəsindən gəlməyə mane olur.
3. Multitasking-i dayandırın.
Eyni anda birdən çox iş yerinə yetirdiyiniz zaman səmərəlilik və dəqiqlik faizi aşağı düşür. Yalnız bir şey üzərində işləyin. Bu sizi bir işə fokuslayacaq və məhsuldarlığınıza kömək edəcək.
4. Hər daim yanınızda qeyd dəftəriniz olsun.
Sizi çox düşündürən hər hansı bir hadisə ilə qarşılaşmısınızsa, onu qeyd edin. Bu, həmin hadisə haqqında davamlı düşünmənin qarşısını alacaq və diqqətiniz etməli olduğunuz işə yönələcək. Qeyd apardığınız üçün həmin hadisəni unutmaq kimi narahatlığınız da olmayacaq.
5. Qulaqlıqla musiqi sadəları altında işləyin.
Sizi sakitləşdirən musiqiləri seçib dinləyin. Bu, təkcə diqqət yayınıqlığını aradan qaldırmır, eyni zamanda beyini dincəldərək işə fokuslanmağınıza yardımçı olur.