Hədəflər üçün “SMART” metodu

Məqsədlər biznesin/həyatın hər bir aspektinin önəmli hissəsidir. Yəni istər iş, istərsə də şəxsi həyatınızın hər anında hədəfləriniz olmalıdır. Həmçinin yazılmış bir çox fərdi inkişaf kitablarında sizə uzun vədəli, qısa vədəli və şəxşi hədəflər müəyyən etməyiniz tövsiyyə edilir. Bəs məqsəd və bu məqsədi yerinə yetirərkən çatmalı olduğumuz hədəf bizə nə üçün lazımdır?

Hədəf təyin etmək ilk baxışdan sadə bir proses kimi görünsə də, bu istiqamətdə müxtəlif yanaşmalar mövcuddur onlardan biri də “SMART” metodudur

“SMART” hədəf 5 əsas meyara sahib olmalıdır. Bunlar:

S – “Specific” – yəni- Konkret:

Məqsədinizə effektiv şəkildə çatmaq üçün o konkret olmalıdır. Nə istədiyiniz və niyə istədiyinizi aydın şəkildə cavablandırmalısınız. Unutmayın, qarşıya qoyulan hədəf əgər düşünülmüş və sizə uyğundursa, onu həyata keçirmək ehtimalınız bir o qədər yüksəkdir.

M – “Measurable”- yəni – Ölçüləbilən:

Hədəfinizə çatdığınızı və ya yaxınlaşdığınızı əlbəttə ki, anlamlısınız. Bu səbəbdən qarşıya qoyulan hədəf ölçüləbilən olmalıdır. Hədəf rəqəmlərlə ifadə edilməlidir. Bu həm də motivasiyanızı qorumağa kömək edəcəkdir.

A-“Attainable”-yəni- Əlçatan:

Hədəfiniz realist və əlçatan olmalıdır. Hədəfə getdiyiniz yolda əldə etdiyiniz resurs və vasitələrdən düzgün analiz və istifadə edərək onu daha da əlçatan edə bilərsiniz.

R-“Relevant”- yəni-Müvafiq:

Hədəfiniz həyat məqsədinizə və sizə uyğundurmu? Bu hədəf üçün çalışmağa dəyər mi? və s. kimi sualları düşünərək məqsədinizi analiz edə bilərsiniz. SMART məqsəd əgər onun həyata keçirilə biləcəyinə inanırsınızsa, çox güman ki, realdır.

T-“Time-bound”- yəni- Zamanla məhdudlaşdırılan:

Hədəfinizə çatmaq üçün vaxt təyin etməlisiniz. Nə zaman başlayır? və nə zaman bitəcək? Bu hədəfinizi ertələməmək üçün vacib məqamdır.

Qeyd edək ki, hədəf müəyyənləşdirmədən görülən işlərin çox faizinin uğursuz olma ehtimalı mövcuddur.