GZİT təhlili qurumunuzun, rəqiblərinizin və şəxsi performansınızın obyektiv baxışla ölçülməsi və qiymətləndirməsi üçün istifadə edilən metoddur. GZİT təhlilinin bütün bəndləri qurumunuz üçün yeni addım atmaqda, əldə etmək istədiyiniz naliyyətlərə daha yaxşı fokuslanmaq kimi qərarlarınızda sizə kömək edir.
1. İmkanlar
Bu bölmədə məqsədinizə kömək edə biləcək xarici amilləri nəzərdən keçirin. Fürsətlər hər yerdədir. Sadəcə onları görmək və dəyərləndirmək lazımdır. Bu sizin şəxsi həyatınızda, iş mühitinizdə və cəmiyyətdə qarşınıza çıxa bilər. Onlara diqqət yetirin, analiz edin və dəyərləndirin.
2. Zəif tərəflər
İnsanlar bir çox halda öz zəif cəhətlərini görmür və ya qəbul etmək istəmir. Zəif cəhətlərinizi bilməklə məqsədinizə çatmaq üçün nələri təkmilləşdirməli olduğunuzu öyrənirsiniz. Bu, əvvəlcə sizi bir az narahat edə bilər, lakin zəif cəhətlərinizi bilmədən, onları yaxşılaşdıra bilməzsiniz. Zəif tərəflərinizi öyrəndikdən sonra isə artıq onlardan sizi gücləndirəcək formada istifadə edə bilərsiniz
3. Güclü tərəflər
Güclü tərəflərinizi düşünün. Onlar sizi daim irəli apararaq məqsədinizə çatmağınıza kömək edən vasitədir. Bu sizi başqalarından fərqləndirən cəhətləriniz, bacarıqlarınız və ya xüsusiyyətləriniz ola bilər. Güclü tərəflərinizi tapmısınızsa, inkişaf etdirin.
4. Təhlükələr
Məqsədlərinizə çatmaq üçün cızdığınız yolda qarşınıza bəzi təhlükələrin çıxma ehtimalı yüksəkdir. Bu sizinlə birbaşa və ya dolayı yolla əlaqəli maneələr ola bilər. Belə vəziyyətdə qarşınıza çıxa biləcək təhlükələri idarə etməyi öyrənmək və gələcəkdə daha böyük problemlərə çevrilməsinin qarşısını almaq son daraca vacibdir.