Film tövsiyəmiz: Wag the Dog

PR sahəsinə marağı olanlar üçün bu film əla nümunə və təcrübədir.

Barry Levinsonun rejissorluğunu etdiyi, baş rolları Roberd de Niro və Dustin Hoffman kimi məşhur aktyorlara həvalə olunan 1997-ci il istehsalı filmdə hər şey ABŞ-da prezident seçkiləri ərəfəsində namizədlərdən birinin imic böhranı ilə qarşılaşmasıyla başlayır.

PR komandası böhranı aradan qaldırmaq və seçiciləri böhrana səbəb olan mövzudan yayındırmaq üçün bütün dünyanı Albaniyada müharibə olduğuna, ABŞ-ın bu müharibədə rol oynadığına inandırır. Səhnələşdirilən müharibə görüntüləri, müsahibələr, hətta var olmayan qəhrəmanlar belə təqdim olunur. PR komandasının böhrandan çıxış üçün əl atdıqları bu yol yaddaqalan və izləməyə dəyəndir.

Menecment və PR-ın önəmini vurğulayan film bu sözlərlə başlayır:

İt niyə quyruğunu bulayır?

Çünki it quyruğundan ağıllıdır.

Quyruq itdən ağıllı olsaydı, quyruq iti bulayardı.