“Feedback” almaq niyə vacibdir?

Şirkətlərin və ya təşkilatların inkişafını təmin edən mühüm elementlərdən biri kommunikasiya mərhələsində baş tutan rəy təcrübələridir. Düzgün rəy səmərəli iş şəraitinin formalaşması, işçilərin effektivliyinin artması, həmçinin göstərilən xidmətlərin təkmilləşdirilməsi kimi məsələlərə müsbət təsir göstərərək inkişaf etdirir. Bu da fəaliyyət göstərən müəssisələrin məhsuldarlığın artmasına öz töhfəsini verir.

Biznes ekpertləri şirkət problemlərinin 69%-nin düzgün rəyin bildirilməməsindən əmələ gəldiyini söyləyir. Menecerlər rəy verərkən tez-tez tənqid kimi səslənən sözlərdən istifadə edirlər ki, nəticədə həm iş prosesi zəifləyir, həm də çalışanların effektivliyi azalır.

Bəs effektiv rəy necə olmalıdır?

Effektiv rəy aydın, açıq və dəqiq olmalıdır. İdraka yönəlməlidir. Verilən rəy şəxsiyyətə deyil, fəaliyyət prosesinə aid olmalıdır. Gələcəyə yönümlü və spesifik olmalı, inkişaf etdirici nəticə gözlənilməlidir. Bu zaman alınan rəy sizi təkmilləşdirəcək, həmçinin çatışmazlıqlarınızı görməyə imkan yaradacaqdır.

Effektiv rəy aşağıdakı xüsusiyyətlərə uyğun həyata keçirilir:

  • Hər bir rəy xüsusi olmalıdır, yəni cari məsələyə uyğunlaşmalıdır.
  • Rəylər vaxtında edilməlidir.
  • Verilən rəy mənalı olmalıdır.
  • Qarşı tərəfə səmimi şəkildə çatdırılmalıdır.