Category Archives: Məqalələr

Risk kommunikasiyası nədir?

Risk kommunikasiyası dövlət və cəmiyyət üçün təhlükə yaradan riskləri azaltmaq və ya onların zərərli təsirlərini minimuma endirmək üçün dövlət və əhalinin həyata keçirə biləcəyi tədbirlər barədə cəmiyyətin məlumatlandırılmasıdır. Məsələn, Xilasetmə Xidməti fırtına və ya mümkün elektrik kəsilməsinin qarşısını almaq üçün hər bir insanın evində olması tövsiyə edilən ləvazimatların siyahısını tərtib edir. Estoniyanın Hökumət Bürosu bildirir […]

Brendsənsə, qlobal düşün, yerli davran!

Hər bölgənin mədəniyyəti nəyi, niyə və necə istehlak etdiyini müəyyən edir. Buna görə də brendi idarə etmək istəyənlər istər-istəməz cəmiyyətin adət-ənənələrini (mədəni antropologiya) anlamalıdırlar. Mədəniyyət, çox ümumi mənada, cəmiyyətin fərqli düşüncə və yaşayış tərzidir. Yaşadığımız cəmiyyətin mədəniyyəti bizim kimliyimizi yaradır və bizi digər mədəniyyətlərdən fərqləndirir. Hətta yaşadıqları cəmiyyətə yad hiss edənlər də doğulduğu mədəniyyətin övladlarıdır. […]

İctimaiyyətlə Əlaqələrin məqsədi və hədəfləri

İctimaiyyətlə Əlaqələrin əsas məqsədi şirkət ilə onun xarici və daxili hədəf auditoriyası arasında hərtərəfli və effektiv kommunikasiya sistemi yaratmaqdır. Bu məqsədə nail olmaq üçün aşağıdakı hədəflər qoyulur: – Qurumun korporativ tərzinin və fərdi imicinin yaradılması; – Korporativ mədəniyyətin formalaşdırılması; – Xarici və daxili auditoriya ilə müsbət və qarşılıqlı faydalı əlaqələrin yaradılmasına yönəlmiş müvafiq kommunikasiya vasitələri […]

Korporativ sosial məsuliyyət nədir?

“Korporativ sosial məsuliyyət” termini (bundan sonra – KSM) 1960-cı illərdə bir çoxları tərəfindən hüquqi və mənəvi məsuliyyəti daha dar çərçivədə ifadə etmək üçün istifadə olunmağa başlandı. Korporativ sosial məsuliyyət anlayışının bir neçə tərifi mövcuddur: 1. Sosial məsuliyyət üçün biznes (Business for Social Responsibility) – korporativ sosial məsuliyyət etik dəyərləri qiymətləndirən, həmçinin insanlara, cəmiyyətlərə və ətraf […]

Korporativ e-poçt xidməti niyə vacibdir?

E-poçt xidməti – bir tərəfdən işçilərinizlə, digər tərəfdən müştərilərinizlə ünsiyyət qurmağın ən təsirli yoludur. İstehlakçıların 72% -nin fikrincə, e -poçt marketinq kommunikasiyasının ən çox seçilən formasıdır. Əlavə olaraq, e -poçt, potensial müştəriləri qazanmaq üçün sosial mediadan 40 qat daha təsirli olur. Bu səbəbdən e-poçt vasitəsilə kommunikasiya müəssisələr üçün tamamilə əvəzolunmaz əlaqə vasitəsidir. Bəs qurumlar peşəkar […]

Söhbətdə eşidilmək üçün 8 kommunikasiya qaydası

Hədəf qrupa mesajları ötürmək üçün düzgün kommunikasiya strategiyası qurmaq vacibdir. Bəzi hallarda kommunikasiya qura bilmək üçün birbaşa, üz-üzə söhbətlər, müzakirələr aparmaq ehtiyacı yaranır. Tövsiyə etdiyimiz qaydalara əməl etməklə söhbət zamanı eşidiləcəksiniz. RB.ru portalının dərc etdiyi qaydaları sizə təqdim edirik: Məqsədinizi bilin. Bəzi vaxtlarda iki saat danışıb, yenə də mesajı ötürə bilməmək mümkündür. Söhbət vaxtı məqsədinizi […]

Vizual press-reliz alətləri

PR mütəxəssislərinin ən çox səsləndirdiyi suallardan biri, “Mətbuatda yayımladığım press-relizləri necə daha vizual edə bilərəm?” sualıdır. Əksər PR mütəxəssisləri vizual məzmunun vacib olduğunu başa düşürlər, lakin hələ də mətnə əsaslanan press-relizlərə güvənən sahə üçün vizual PR-a keçid çətin ola bilər. Prezly.com-a istinadən təqdim etdiyimiz bu yazı vizual press-relizlər hazırlamaq üçün son bələdçinizdir. Vizual məzmunu press-relizlərinizə […]

Müştəri etirazları

Etirazlar müştərinin məhsul və ya xidmətlə həqiqətən maraqlandığının göstəricisidir. Başqa sözlə, müştəri sadəcə diqqətini çəkən məhsula və ya xidmətə  narahatlığını, tərəddüdünü bildirir. Ancaq təcrübəli satıcılar etirazlara alış siqnalı kimi baxır. Müştəri etirazlarına nə qədər hakim olsanız, onları satınalma prosesinə o qədər cəlb etmiş olarsınız. MarkNote diqqət yetirməli olduğunuz 5 növ müştəri etirazını açıqlayıb. #1 Etiraz: […]

PR mütəxəssis niyə jurnalist kimi davranmalıdır?

Fortune 100 şirkətinin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri bir dəfə təəssüflə deyib ki: “Bəzən, mən düşünürəm ki, jurnalist olanda şirkətim haqqında daha çox məlumatlıydım, nəinki indi.” PR Daily-nin müəlliflərindən olan Tom Corfman PR mütəxəsislərinin jurnalist kimi fəaliyyət göstərməsinin faydalarından yazıb. Belə ki, jurnalist kimi davranmaqla sizi qarşıda nəyin gözlədiyini bilirsiniz. Çünki, müəyyən araşdırmalar edir və hadisələrin […]

Kodlaşdırma bacarıqlarınızı artırmaq üçün 5 vebsayt

Kod yazmağı öyrənərkən bacarıqlarınızı inkişaf etdirməyin yollarından biri də kodlaşdırma səhvlərini tapmaqdır. Müxtəlif növ problemlərlə işləmək gələcəkdə yol verə biləcəyiniz səhvləri daha qısa zamanda həll etməyə, proqramlaşdırma dilinin incəliklərini mənimsəməyə, iş görüşmələrinə hazırlaşmağa, yeni alqoritmləri öyrənməyə və daha çoxuna kömək ola bilər. Bunun üçün Siberi.com-un təqdim etdiyi 5 vebsaytdan istifadə edə bilərsiniz. 1) TopCoder TopCoder, […]